Papaqlı Ronaldo, Vəli Qasımovu tapan portuqaliyalı və Zamiq
25.03.2013 - 19:37
Bu gün Portuqaliya milli komandası Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, 2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizlə sabahkı oyun öncəsi son hazırlığa çıxan rəqibin məşqinin ilk 15 dəqiqəsi açıq olub. Bu, təkcə mətbuat yox, azarkeşlər üçün də idi. Təsadüfi deyil ki, arenaya xeyli sayda futbolsevər gəlmişdi ki, onlar arasında qızlar da vardı. Sözsüz ki, belə böyük maraq Portuqaliya yığmasının kapitanı, dünyanın ən yaxşı və bahalı futbolçusu olan yaraşıqlı Kriştianu Ronaldonu görmək idi.
Düzdür, azarkeşlərin çoxu qapılar arxasında qaldı. İçəri daxil olanlar arasında Azərbaycan şou-biznesinin nümayəndələri, o cümlədən müğənni Zamiq vardı. Futbola azarkeşliyi ilə tanınan gənc sənətçi üçün Ronaldo və onun komandasını məşqini görmək maraqlı idi.
Saat 19:00-da başlayan məşqdə ilk 15 dəqiqə əsasən isinmə hərəkətlərindən ibarət oldu. Ronaldo başına qara papaq geyərək məşqə çıxdığından ilk baxışdan diqqəti cəlb etmirdi. Görünür, 28 yaşlı hücumçu bilərəkdən sarı vərəqə alaraq, millimizlə oyunda cəzalı olduğu kimi, diqqəti cəlb etməmək üçün də qəsdən baş geyimindən istifadə etmişdi.
O, “Real”da da komanda yoldaşı olan Pepe və digər müdafəçi, “Zenit”in legioneri Bruno Alveşlə birgə bir-birlərinə top ötürdülər. Ardından futbolçular yüngül qaçışa başladılar ki, bu zaman vaxt tamam olduğundan, bizləri tribunadan çıxartdılar.
Onu da qeyd edək ki, məşqi izləyən portuqaliyalı jurnalistlərdən biri millimizin sabiq futbolçusu Vəli Qasımovu axtarırdı. Bu da təsadüfi deyildi. Axı 44 yaşlı Qasımov futbolçu karyerasının son illəri Portuqaliyada bir neçə kluba bağlı olub. Həmkarımız arenaya gələn keçmiş hücumçumuzla görüşmək imkanı qazandı.
Mehman SÜLEYMANOV

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0