Bentunun qalmaqallı mətbuat konfransı: Bakıda məğlubiyyət haqda fikirləşmirik
25.03.2013 - 20:51
Bu gün Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı Tofiq Bəhramov adına Respublika stadionunda həm azərbaycanlı, həm də ölkəsindən gələn çoxsaylı jurnalistlərin qarşısına çıxıb.
İlk olaraq portuqaliyalı həmkarlarımızın, ardından bizlərin suallarımızı verə biləcəyi elan olundu. Ancaq nə qədər qəribə olsa da, portuqaliyalı jurnalistlərin suallarının bizlərə tərcümə olunmağına icazə verilmədi. Bu, azərbaycanlı jurnalistlərə qarşı hörmətzilik olduğundan, haqlı narazılığa səbəb oldu və həmkarlartımızdan bəziləri konfrans zalını tərk etdi.
Bentudan baş verənlərə aydınlıq gətirməyini istədik. O, cavab verməyərək, söhbəti bağlamağı xahiş etdi. Çalişdırıcının Azərbaycan yığması ilə sabahkı oyun haqda fikirləri belə oldu: “Sabah biz yaxşı müdafiə olunan bir komandaya qarşı oynayacağıq. Biz Portuqaliyada bunu görmüşük. Buna görə bizə çox çətin olacaq. Üstəlik, Azərbaycan öz azarkeşlərin dəstəyi altında oynayacaq. Buna görə də ikiqat konsetrasiya olunub, qələbə üçün əlimizdən gələni edəcəyik. Biz Azərbaycanla oyunda məğlubiyyət haqda heç düşünmürük”.
Bentu Ronaldonun onun göstərişi ilə İsrail yığması ilə oyunda bilərəkdən sarı vərəqə alaraq Azərbaycanla matçda cəzalı olmağı ilə bağlı deyilənlərin düzgün olmadığını bildirdi. Onun fikrincə, Ronaldo, Nani kimi aparıcı futbolçularının yoxluğu nəticəyə təsir etməməlidir: “Əlbəttə, onlar komandamız üçün önəmli oyunçulardır. Ancaq biz bir komandayıq, iki futbolçudan asılı deyilik. Komandamızda olanlar Ronaldo, Nanini əvəzləməyə hazırdırlar. Ronaldonun keçən matçdan sonra israilli futbolçularla forma dəyişməklə mübahisəsindən xəbərimiz yoxdur. Bunu özündən soruşmaq lazımdır. Ancaq biz deyə bilmərik ki, Ronaldo azərbaycanlı jurnalsitlərə danışacaq, ya yox. Raul Meyreleş 100 faiz hazır olsa, oynayacaq”.
Mehman SÜLEYMANOV

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0