Yığmamız Portuqaliyaya uduzdu
26.03.2013 - 22:53
Yığmamız Portuqaliyaya uduzdu
Bu gün Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz qrupun favoritlərindən olan Portuqaliya yığmasını qonaq edib.

Bununla da yığmamız 6 aylıq fasilədən sonra ev oyununa çıxdı. Seçmə mərhələyə ötən ilin sentyabrında İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı bərabərliklə bitən matçla başlayan Berti Foqtsun yetirmələri ardından səfərdə ardıcıl 4 oyun keçirdi. Buna start 4 gün sonra elə Portuqaliyada verilərək, 0:3 hesablı məğlubiyyətimizlə nəticələndi.

Millimiz yenə meydanı məğlub tərk edib. Fasiləyə qədər qapısını toxunulmaz saxlayan komandamız ikinci hissədə rəqibin vurduğu 2 top qarşısında aciz qalıb.


26 mart
AZƏRBAYCAN - PORTUQALİYA - 0:2
QOLLAR: Bruno Alveş, 63; Uqo Almeyda, 79
Baş hakim: Andre Marriner
Hakim-köməkçiləri: Simon Peter Bennett, Stüart Bart, Entoni Teylor (hamısı İngiltərə)
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
Komissar: İstvan Huszar (Macarıstan)

Azərbaycan: 1 Kamran Ağayev, 3 Rasim Ramaldanov, 4 Mahir Şükürov, 10 Elvin Məmmədov, 11 Rauf Əliyev, 14 Rəşad Sadıqov (k), 15 Ruslan Abışov, 16 Cavid Hüseynov, 17 Vüqar Nadirov, 18 Maksim Medvedyev, 22 Əfran İsmayılov
Ehtiyat oyunçular: 12 Anar Nəzirov, 23 Səlahət Ağayev, 2 Bədavi Hüseynov, 5 Elnur Allahverdiyev, 6 Rəşad Sadiqov, 7 İlkin Qırtımov, 8 Pərdis Fərcad-Azad, 9 Cihan Özkara, 13 Qara Qarayev, 19 Rahid Əmirquluyev, 20 Rüfət Dadaşov, Vladimir Levin

Portuqaliya: 12 Rui Patrisiu, 2 Brunu Alveş, 3 Kepler Fereyra (Pepe), 4 Miqel Veloso, 5 Fabio Koentrao, 7 Adelino Freytas, 8, Joau Moutinyo 10 Miqel Danni, 16 Raul Meyreleş, 21 Joau Pereyra, 23 Elder Poştiqa
Ehtiyat oyunçular: 1 Eduardo Karvalo, 22 Antoni Pimparal, 6 Miqel Kustodio, 9 Uuqo Almeyda, 11 Paulo Maşado, 13 Henrik Fonseka, 14 Luis Neto, 15 Silviyo Pereyra, 17 Vitorino Pereyra, 18 Slvestre Varela, 19Luis Fernandes, 20 Karlos Martins.


Rusiya
4
4
0
0
8-0
12
Portuqaliya
6
3
2
1
11-6
11
İsrail
5
2
2
1
13-8
8
Şimali İrlandiya
4
0
3
1
3-5
3
Azərbaycan
6
0
3
3
2-8
3
Lüksemburq
5
0
2
3
2-12
2


Tribunalarda 30 minədək azarkeş var.
Komandalar meydana çıxır.
Hər iki ölkənin dövlət himnləri səslənir.

Oyuna qonaq komanda başlayacaq.
Millimizin sol cinahdan hücumu alınmır.
Komandamız rəqibi əks hücumda yaxaladı. Millimiz rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, bu fürsətdən yararlana bilmədi.
Moutinyonun uzaqdan zərbəsi qapının üstündən keçdi.
Vüqar Abışovun ötürməsinə çata bilmədi.
Koentrao cərimə meydançası daxilində Rəşadla mübarizədən sonra yerə yıxılır. İngilis hakim qaydanın pozulmadığını bildirir.
Kamran Poştiqanın zərbəsini zərərsizləşdirir.
Poruqaliya yığması korner vurur.
Ramaldanov meydanın mərkəzində kobud oynayır.
Rəqib komanda yenə korner vurur.
Kamran bu dəfə Poştiqanın başla vurduğu zərbəni tutur.
Ramaldanov qapı qarşısında təhlükəni sovuşdurur.
Nadirovun qapı qarşısına ötürməsini Patrisio asanlıqla tutur.
Portuqaliya yığması hesabı açmağa yaxın olur. Amma Rəşad Poştiqanın fərqlənməsinə imkan vermir.
Sadıqov Danninin qarşısını kobudluqla alır. Cərimə zərbəsi.
Velosonun qapıya birbaşa zərbəsi təhlükəli alındı.
Pepe Raufu yıxır. Hakim portuqaliyalı futbolçuya sarı vərəqə göstərir.
Millimiz künc zərbəsi vurur.
Ruslan Abışov kornerdən sonra hesabı açmağa yaxın olur.
Sadıqov Danniyə qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılır.
Alveşin zərbəsi qapı tirindən qayıtdı.
Kamran komandamızı real qoldan xilas edir. O, Poştiqanın 2 metrdən başla vurduğu zərbəni gözəl reaksiya ilə zərərsizləşdirir.

Fasilə

Portuqaliya ikinci hissəyə hücumlarla başladı.
Şükürov kobud oynadığı üçün önündə sarı vərəqə görür.
Yığmamızın sağ cinahdan hücumu yenə səmərə vermir. Əfranın ötürməsi dəqiq alınmadı.
Əvvəl Nadirov, ardından hakimin qərarına etiraz etdiyi üçün Əliyev "sarı vərəqə alır.
4 dəqiqə ərzində 2 sarı vərəqə alan Rauf meydandan qovulur. Millimiz 10 nəfərlə mübarizə aparacaq.
Meyreleşin zərbəsi qapıdan aralı keçdi.
Meyreleşin əvəzinə meydana Uqo Almeyda çıxır.
Foqts müdafiəni gücləndirir. O, Nadirovu Levinlə əvəzləyir.
Künc zərbəsindən sonra Alveş başla toru silkələyir.
Foqts ikinci oyunçu dəyişikliyinə əl atır. O, Məmmədovu Pərdis Fərcad-Azadla əvəzləyir.
Dani meydanı tərk edir. Onun yerinə Varela oynayacaq.
Millimiz ikinci hissədə ilk dəfə hücuma atılır. Lakin rəqib Mahirin qarşısını alır.
Hesab dəyişir. Almeyda başla fərqi artırır.
Poştiqa Miqel Kustodio ilə əvəzlənir.
Varelanın zərbəsi qapıdan azacıq aralı keçdi.
Hakim ikinci hissəyə 4 dəqiqə əlavə edir.
Portuqaliya millisi üçüncü qolu vurmağa yaxın olur. Ancaq Pereyra yaxın məsafədən fərqlənə bilmədi.

Qarşılaşma başa çatdı. Poruqaliya yığması 2:0 hesablı qələbə qazanır.