“Ronaldonun yoxluğu qələbəyə əngəl olmamalıdır”
26.03.2013 - 12:27
“Ronaldonun yoxluğu qələbəyə əngəl olmamalıdır”
“İsrail yığması ilə bərabərliyə görə millidə yalnız müdafiə xəttini günahlandırmaq lazım deyil. Səhv hər oyunda olur, heç kim bundan sığortalanmayıb. İndi hamı komandamızın İsraillə oyunda yalnız müdafiədəki səhvlər ucbatından xal itirdiyini deyir. Amma mən bununla razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Joao Pereyra deyib.

“Valensiya”nın sağ cinah müdafiəçisi Azərbaycan yığması ilə bu gün Bakıda keçiriləcək rəsmi oyun öncəsi fikirlərini açıqlayıb.

O bildirib ki, indi komandası çətin vəziyyətdir: “Ancaq mümkün olmayan heç nə yoxdur. Hazırda yalnız Azərbaycan yığması ilə oyunda qələbə haqda düşünürük. Yığmamız Bakıda Kriştianu Ronaldosuz oynayacaq. Ancaq bu, biz qələbə qazanmağa əngəl olmamalıdır. Ronaldonun yerində oynayan istənilən futbolçu uğur üçün mümkün olan hər şeyi etməlidir. Kapitanımız olmadan bizə çətin olacaq, Axı o, yalnız lider yox, eyni zamanda dahi oyunçudur”.