Portuqaliya yığmasında heyətlə bağlı problemlər bitmir
26.03.2013 - 12:12
Portuqaliya yığmasında heyətlə bağlı problemlər bitmir
Portuqaliya milli komandasında 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi heyətlə bağlı problemlər davam edir. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın yarımmüdafiəçisi Raul Meyreleşin bu gün Bakıdakı matçda meydana çıxacağı hələ də sual altındadır.

Belə ki, soyuqdəyməsi olan futbolçu paytaxtımızda ilk məşqi buraxmalı olub. Həkimlər onun oynayacağı ilə bağlı qəti qərar verməyiblər. Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu isə Meyreleşin 100 faiz hazır olacağı halda, meydana buraxacağını açıqlayıb.

Qeyd edək ki, rəqibimizdə Nani zədəli olduğundan çağırılmadısa, Joao Moutinyo ilə Beto eyni səbəbdən heyətdən sonradan çıxarıldı. Kapitan Kriştianu Ronaldo isə cəza üzündən oymayacaq. Millimizdə isə yeganə itki zədələnən Vaqif Cavadovdur.