“Bakıda Ronaldodan da populyar portuqaliyalı futbolçular var”
26.03.2013 - 13:27
Rusiya mətbuatı milli komandasının 2014-cü dünya çempionatının seçmə mərhələsində ən yaxın izləyicisi olan Portuqaliya yığmasını diqqətdə saxlayır. Apasport.az saytının məlumatına görə, tanınmış “Sovetski Sport” qəzeti Azərbaycan yığması ilə səfər oyununa gələn portuqaliyalıların Bakıda üzləşdiyi atmosferi təsvir edib.
Maraqlıdır ki, rusiyalı həmkarımız Bakıda cəzalı olmağına baxmayaraq, kapitanı olduğu yığmanı tək qoymayan Kriştianu Ronaldodan da populyar futbolçular olduğundan yazıb. O, bu sırada Rusiyanın son çempionu “Zenit”in yarımmüdafiəçisi Migel Dannini göstərib: “Portuqaliya yığması Bakıda azərbaycanlı azarkeşlər tərəfindən gülərüzlə qarşılandı. Portuqaliyalı reportyorları yerli insanların diqqətinin heç də Ronaldoya yönəlməməyi heyrətləndirdi. Azarkeşlər tərəfindən böyük maraq Pepe, Migel Danni və Uoq Almeydaya idi. İlk baxışdan qeyri-adi olan bu üstünlüyün sadə izahı var. Belə ki, Azərbaycanda daha çox Rusiya və Türkiyə çempionatlarına baxılır”.
Bu üçlükdən ən tələb olunan “Beşiktaş”ın hücumçusu Almeyda olduğu göstərilib: “Ancaq avtoqraf ovçuları futbolçulara yaxınlaşa bilmədilər. Portuqaliyalıların mühafizəsinə Azərbaycan tərəfi az qala Bakının bütün polisinin yarısını ayırmışdı. Ancaq onların sayıqlığına baxmayaraq Almeydanın imzasını 6 yaşlı oğlan əldə edə bildi”.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0