UEFA Azərbaycan yığmasından sensasiya gözləmir
26.03.2013 - 14:28
UEFA Azərbaycan yığmasından sensasiya gözləmir
UEFA 2014-cü il dünya çempionatının seçmə mərhələsində postsovet məkanı təmsilçilərinin bugünkü oyunlarında şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun rəsmi saytındakı anonsda Azərbaycan milli komandasının Portuqaliya yığması ilə Bakıdakı matçda nəticə ilə bağlı şansları az dəyərləndirilib.

Bu da onunla izah olunur ki, Berti Foqtsun yetirmələri son oyunda autsayder Lüksemburqa qalib gələ bilməyib: “Meydan sahiblərinin Lüksemburqdakı bərabərliyindən sonra heç kim onlardan sensasiya gözləmir. Futbolçuların özləri də cəsarətli bəyanatlardan çəkinirlər. Yalnız bir şeyə zəmanət var: mübarizəsiz heç kim təslim olmayacaq. Buna şübhələnməmək olar. Çünki son vaxtlar Bakıda heç kimə asan olmur”.