Joao Pinto: Bunu hamı bilir, qalib gəlməliyik
26.03.2013 - 17:50
 Joao Pinto: Bunu hamı bilir, qalib gəlməliyik
“Azərbaycan yığması ilə oyunda meydana çıxa bilməyəcəyinə baxmayaraq, Ronaldonun düşərgəmizdə olmağı çox vacib idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının meneceri Joao Pinto deyib.

Ötənlərin məşhur hücumçusu Bakıya birgə gəldiyi Portuqaliya millisindən Azərbaycan üzərində yalnız qələbə gözləyir.

O bildirib ki, hamı oyunun məsuliyyətini yaxşı dərk edir: “Millinin kapitanı və onu əhatə edən bütün oyunçular Azərbaycan yığması ilə oyunun məsuliyyətini başa düşür. Axı bizim indi heç vaxt olmadığı kimi qələbəyə ehtiyacımız var. Buna görə də Bakıdakı oyunun dünya çempionatının final mərhələsinə çıxmaq planında bizim üçün böyük əhəmiyyəti var. Bunu hamı bilir, qalib gəlməliyik.

Qeyd edək ki, Pinto millinin baş məşqçisi Paulu Bentu ilə birgə 1999-cu ildə yığmamızla oyunlarda forma geyib və hətta bizə 7:0 hesabı ilə qalib gəldikləri ev matçında qol vurub.