Berti Foqts: Bu, sərt sualdır
26.03.2013 - 23:18
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə Bakıda oyundan sonra jurnalistlər qarşısına çıxıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı 0:2 hesabı ilə uduzduğumuz matçı dəyərləndirib.
- Hakimin belə qərarından sonra razı olmalıyıq. Komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim. Bizim da qol şanlarımız vardı. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Rəqibi qələbə münasibətilə təbrik etməliyik.
- Avropada hörmətli olan Berti Foqtsun komandasının rəqib qapısına bir dəqiq zərbə vura bilməməyi ona necə zövq verir?
- Bu, sərt sualdır və futbolçuları tənqid edirsiniz. Azərbaycan futbolu inkişaf prosesindədir. Məncə, bu sualı verməmişdən öncə hər 2 yığmada futbolçuların hansı klublarda oynadığını müqayisə edərdiniz. Mənə gənc futbolçuların düzgün inkişaf istiqaməti xoş gəlir.
- Meydanda eyni tipli 2 futbolçunun – Cavid Hüseynovla Elvin Məmmədovun olması nə ilə bağlıdır? Bunu səhv qərar sayırsınız?
- Mən heyət barəsində sizinlə müzakirə etmək istəməzdim. Onu deyə bilərəm ki, onlar eyni tipli oyunçular deyil. Elvin hücumameylli oynayırdısa, Cavid isə daha çox müdafiəyə kömək edirdi.
- Siz 5 ildə Azərbaycan futboluna etdiklərinizə görə xəcalət çəkirsiniz?
- Biz harda dururduq, indi FİFA reytinqində hardayıq. Bu illərdə millidə çoxlu gənc futbolçular olub. Mən onu istəyirəm ki, futbolçular klublarda daha çox məşq etsinlər.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0