Pepe və Vüqar Nadirovun oxşar taleyi
27.03.2013 - 09:12
Pepe və Vüqar Nadirovun oxşar taleyi
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyununa 2 itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Bakıda Lüksemburqa qarşı keçirilən qarşılaşmada 2 futbolçu meydana çıxa bilməyəcək.

Bunlardan biri Portuqaliya ilə dünən keçirilən oyunda qırmızı vərəqə alan Rauf Əliyev ikinci sarı üzündən qovulduğu üçün ən azı 1 oyunu buraxacaq. Ondan başqa Vüqar Nadirov da qarşıdakı görüşdə oynamayacaq. Buna səbəb onun cəzalı duruma düşməsidir. Nadirov seçmə mərhələdə ikinci xəbərdarlığını aldığı üçün növbəti matçda cəzalı olacaq. O, ilk sarı vərəqəsini ötən il oktyabrın 16-da Rusiya ilə səfər matçında almışdı.

Yığmamızla yanaşı Portuqaliya millisi də itki ilə üzləşib. Bakıda sarı vərəqə alan Pepe də cəzalı duruma düşüb. O, yığmasının növbəti seçmə matçını buraxmalı olacaq.