Bakıda qol vurdu, rekorda şərik çıxdı
27.03.2013 - 10:30
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının qapısına qol vuran Bruno Alveş rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, o, Portuqaliya millisində ən çox qol vuran müdafiəçi adına şərik çıxıb.
Qol hesabını 8-ə çatdıran arxa xətt oyunçusu Fernando Koutonun rekordunu təkrarlayıb. Millinin tarixi ərzində ən məhsuldar futbolçular sırasında 24-31-ci yerlərə şərik olan Bruno 8 qolu 63 matçda vurub. O, bu toplardan 3-nə millimizlə son 3 qarşılaşmada imza atıb.
Qeyd edək ki, Portuqaliya yığmasının ən məhsuldar futbolçusu Pedro Pauletanın hesabında 47 qol var.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0