Şarapova Erranini məğlub edərək yarımfinala keçdi
28.03.2013 - 00:48
Şarapova Erranini məğlub edərək yarımfinala keçdi
Mayamidə WTA nüfuzlu tennis turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda qadınlar arasında keçirilən 1/4 final mərhələsinin oyunları baş tutub.

Rusiyalı tennisçi Mariya Şarapova Sara Errani ilə üz-üzə gəlib. Şarapova 2 saat 29 dəqiqə davam edən görüşdə italiyalı həmkarını 2:0 (7:5, 7:5) hesabı ilə məğlub edərək yarımfinala keçib. Bu mərhələdə isə onun rəqibi Roberta Vinçi - Yelena Yankoviç cütünün qalibi olacaq.

Qeyd edək ki, Mayami turnirinin mükafat fondu 5 milyon 185 min 625 dollardır.