Federasiyadan millimizlə oyunla bağlı xahişə rədd cavabı
01.04.2013 - 08:57
İsrail milli komandasının futbolçuları 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə ev oyununu yerini dəyişdirmək istəyib. Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyası bu ilin sentyabrın 6-da Ramat-Qanda Milli stadionda baş tutmalı olan matçın digər şəhərlərdən birinə daha kompakt arenada keçirilməyinə qarşı çıxıb. Bununla da qurum futbolçularının xahişini rədd edib.
Oyunçular iddia edir ki, həmin arenada tribunalar meydandan çox uzaq olduğundan, onlar azarkeş dəstəyini faktiki olaraq hiss etmirlər. Prinsipcə, İsrail yığmasının məşqçilər korpusu da futbolçuların mövqeyi ilə razı idi. Ancaq federasiya qəti şəkildə imtina edərək, bunu millimizlə oyuna artıq 22 min biletin satılmağı ilə əsaslandırıb. Bu qədər azarkeşi ölkənin heç bir stadionu qəbul edə bilməz.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0