Millimiz yenə İrana yollanır
01.04.2013 - 12:43
Azərbaycan taekvondoçuları növbəti dəfə birgə təlim-məşq toplanışı keçirmək üçün İrana səfərə hazırlaşırlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, gənclər və böyüklərdən ibarət Azərbaycan yığmasının yalnız oğlan və kişi idmançıları hazırlıqlarda iştirak edəcəklər.
Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında İrana Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev (87 kq) və Radik İsayevdən (+87 kq) ibarət heyət yollanacaq. Gənclərdən ibarət yığmaya isə baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Təvəkkül Bayramov Məhəmmədyasin İbrahimov (58 kq), Mikayıl Əliyev (54 kq), Məcid Sofiyev (58 kq), Sabuhi İsmayılzadə (63 kq), Hüseyn Mehralıyev (68 kq), Səid Quliyev (74 kq), Ramin Abdullayev (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhmalovun (+87 kq) adlarını daxil edib. Aprelin 2-də start götürəcək təlim-məşq toplanşı 11-də başa çatacaq.
Qeyd edək ki, bu, millimizin 2013-cü ildə İrana ikinci səfəridir. Komandamız fevralın əvvəlində Tehrandakı hazırlıqlara kişi və qadınlardan ibarət böyük heyətlə qatılmışdı.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0