Emil Sutovski: Teymur Rəcəbovla bağlı baş verənlər tapmacadır
02.04.2013 - 09:16
“London turnirində Teymur Rəcəbovla bağlı baş verənlər tapmacadır”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Şahmatçıların Assosiasiyasının prezidenti Emil Sutovski deyib.
O, Rusiyanın chess-news.ru portalına şərhində azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Londonda başa çatan iddiaçıların turnirində çıxışını dəyərləndirib: “Yaranın üstünə düz səpmək və belə uğursuz çıxışın səbəblərini təhlil etməyə cəhd etmək istəmirsən. Sözsüz, heç kim Azərbaycanın ən parlaq qrossmeysterindən belə çıxış gözləmirdi. Ancaq Rəcəbovun özünün də qeyd etdiyi kimi, yaxşısı odur bütün uğursuzluqlar bir turnirə düşsün. Buradakı pis çıxış bir il üçün yetərlidir. Bu üzdən Teymur müəyyən nəticələr çıxarsa...”.
Qeyd edək ki, Rəcəbov yarışı 4 xalla axırıncı yerdə başa vurub. Turnirin qalibi norveçli Maqnus Karlsen olub. O, dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0