Yığmamızın Lüksemburqla oyununun vaxtı açıqlandı
02.04.2013 - 10:46
Yığmamızın Lüksemburqla oyununun vaxtı açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq millimizin növbəti oyununun saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Bakıda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hersoqluq təmsilçisi ilə qarşılaşma 8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək.