İsrail – Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşdi
03.04.2013 - 14:25
İsrail – Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşdi
Azərbaycan milli komandasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz sentyabrın 6-da İsrail yığması ilə Ramat Qan şəhərindəki eyniadlı stadionda üzləşəcək. Bu, yığmamızın cari seçmə mərhələdə sonuncu səfər matçı olacaq.

Mənbə: affa.az