Millimizin rəqibi Messinin komandası ilə oyundan imtina etməyə məcburdur
03.04.2013 - 18:07
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində yer aldığı qrupda təxirə salınan oyunun vaxtı müəyyənləşməkdədir. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya və Rusiya yığmaları arasında martın 22-də Belfastda keçirilməli olan oyunun avqustun 14-də olacağı gözlənilir. FİFA hava şəraiti üzündən təxirə salınan matçın keçirilməyi üçün əsas tarix kimi həmin günü nəzərdən keçirir.
Maraqlıdır ki, ruslar həmin gün Argentina yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırıb. Hətta bununla bağlı 2 federasiya arasında imzalanmış rəsmi sənəd var. Ancaq Şimali İrlandiya ilə matçın baş tutmamağı Lionel Messinin kapitanı olduğu yığma ilə matçı təxirə salmağa məcbur edir. Argentina həmin gündə İtaliya yığması ilə Romada yoldaşlıq görüşü keçirməyi düşünür.
Qeyd edək ki, FİFA-da rəsmi oyun günü kimi nəzərdə tutulan həmin tarixdə Azərbaycan yığması Malta ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0