Millimizə qayıtmaq istəmir - FOTO
04.04.2013 - 11:22
Azərbaycan yığmasının ağırlıqqaldıranı Boyanka Kostova ətrafında yaranan qalmaqal həllini tapa bilmir. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı legioner millimizə qayıtmaq istəmədiyindən vəziyyət daha da gərginləşib.
Azərbaycan Ağır Atletika Federasiyası bunun yolunu göstərsə də, bolqar həmkarları razılığa gəlmək istəmirlər. Bunu Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Borislav Qidikov bir daha nümayiş etdirib. Kostovanın aprelin 8-15-də Avropa çempionatında podiuma çıxmayacağına təəssüflənən qurub rəsmisi federasiyamızın istədiyi pulu vermək niyyətində olmadıqlarını açıqlayıb: “Azərbaycan tərəfi ilə vəziyyət gərgin olaraq qalır. Onlar Boyankanın transferi üçün 200 min avro, onun orada son 2 ildə qəbul etdiyi dərman preparatlarına görə 100 min avro tələb edirlər. Kostova isə Azərbaycan qayıtmaq istəyində deyil”.
Qeyd edək ki, Kostova kimi digər bolqarıstanlı legionerlərimiz İvan Stoitsov və Velçko Çolakova da müqavilə ilə məxsus olduğu millimizin düşərgəsinə qayıtmaq istəmir.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0