Yığmamız Daşkəndə 13 idmançı ilə yollandı
04.04.2013 - 13:25
Aprelin 5-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya birinciliyi keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunacaq.
Belə ki, oğlanların mübarizəsində Ruslan Rzazadə, Məhəmməd Məmmədli (hər ikisi 50 kq), Esmin Əhmədov, Rüstəm İmanzadə (hər ikisi 56 kq), Mansur Ağaverdiyev, Orxan Həsənli (hər ikisi 62 kq), Kamran Beskov (85 kq) və Dadaş Dadaşbəyli (94 kq) podiuma çıxacaq. Mərziyyə Məhərrəmova, Gülçin Əlizadə (hər ikisi 48 kq), Sona Məmmədova, Kseniya Visnitskaya (hər ikisi 58 kq) və Günel Əlizadə (63 kq) isə qızlar arasında yarışa qatılacaq.
Yarışda ölkəmizi hakim qismində Azad Mustafayev təmsil edəcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0