Bakıya yorucu səfər Almeydanın zədələnməsinə səbəb oldu
05.04.2013 - 08:41
Bakıya yorucu səfər Almeydanın zədələnməsinə səbəb oldu
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Portuqaliya yığmasının futbolçusu Uqo Almeydanın zədələnməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Superliqanın “Mersin İdman Yurdu” ilə matçının 11-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edib.

Almeydanın belə zədə alması isə qısa müddətdə sıx qrafiklə oynamasıdır. Həm də portuqaliyalı yorucu səfərlərin iştirakçısı olub.

Milli komandada İsrail və Azərbaycanla rəqib meydanlarındakı matçlara yollandıqdan sonra Uqo Türkiyəyə qayıdan kimi “Təpəcikspor”la yoxlama oyununda da forma geyib. Bu üzdən istirahətsiz etmək imkanı olmayan hücumçu fiziki cəhətdən zəifləyərək zədələnib.

Qeyd edək ki, Almeyda Azərbaycanla martın 26-dakı oyunda qol vurmaqla Portuqaliyanın 2:0 hesablı qələbəsində pay sahibi olub.