Avropa çempionu Azərbaycan yığmasını seçdi
05.04.2013 - 12:39
Azərbaycan millisinin düşərgəsinə qoşulan moldovalı Yuri Dudoqlonun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, böyük perspektiv vəd edən 22 yaşlı ağır atlet ölkəsində titul qazanıb.
Belə ki, 19 yaşından Moldovanın əsas yığmasına cəlb olunan istedad eyni vaxtda gənclərin də yarışında iştirak edib. O, ən yaxşı nəticəsi də məhz gənclərin mübarizəsində qazanıb. 62 kq çəki dərəcəsində ölkəsinin 1 nömrəsi ötən ilin dekabrında 23 yaşadək idmançıların Avropa çempionatında bütün rəqiblərini qabaqlayaraq. Dudoqlo 2 hərəkətin cəmində 280 kq çəkini ram edib. Müqayisə üçün bildirək ki, qitə birinciliyinin bu çəkisində yığmamızın şərəfini Rauf Nəbiyev qoruyub. O, yarışı başa çatdıran 4 idmançı arasında sonuncu olub və Yuridən 21 kq az çəkinin başı üzərinə qaldırıb.
Dudoqlo, həmçinin yığmada debütündəcə – 2010-cü ildə böyüklər arasında Avropa çempionatının “kiçik” bürünc medalına yiyələnib. Bundan əlavə, dünya və Avropa çempionatlarında 6-cı nəticəni göstərib.
Qeyd edək ki, Yurinin Azərbaycana gəlməsi barədə açıqlamanı Moldovanın idman naziri Oktavian Sıku verib. O bildirib ki, Kristina Yovunun ardınca Dudoqlo da Bakıya yollandığından hər ikisinin təqaüdləri artıq kəsilib.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0