İcraiyyə Komitəsi yığmamızın üzvləri ilə bağlı qərar çıxaracaq
08.04.2013 - 11:57
Azərbaycan millisinin ağırlıqqaldıranları İvan Stoitsov, Veliçko Çolakov və Boyanka Kostovanın Bolqarıstan yığmasına keçidi tezliklə rəsmiləşə bilər. Apasport.az saytının məlumatına görə, bu məsələnin həlli gələn ay Rusiyanın paytaxtı Moskvada keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının yığıncağından asılıdır.
Həmin tədbirdə bu idman növünün bir sıra qaydaları ilə bağlı dəyişikliklər edilməsi gözlənilir. İdmançıların vətəndaşlığını dəyişməsi ilə bağlı məsələnin də müzakirəyə çıxarılacağı ehtimal olunur. İndiki qaydalara əsasən, Azərbaycan yığmasının heyətində çıxış etmiş ağırlıqqaldıranlar yalnız 2 ildən sonra başqa ölkənin şərəfini qoruya bilərlər.
Bolqarıstanın İcraiyyə Komitəsinə namizədliyini verəcək Mladen Mutafçiyski bildirib ki, yığıncaqda bu idman növünün inkişafı üçün bir sıra addımlar atılacaq: “Biz həqiqətən də bu idman növündə bir sıra dəyişikliklər etmək istəyirik. Çünki ağırlıqqaldırma da Olimpiadadan çıxarılmaq üzrə olan güləş idman növünün taleyini yaşaya bilər. Bundan sonra isə idmançılarımızın geri qayıtması nisbətən asan olacaq”.
Qeyd edək ki, bolqarıstanlı həmkarlarımız Azərbaycan ağır Atletika Federasiyasının bu 3 idmançı üçün 660 min avro istədiyini bildirib.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0