Olimpiya çempionumuz daha 15 pillə gerilədi
08.04.2013 - 13:26
Olimpiya çempionumuz daha 15 pillə gerilədi
Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı stend atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən fərqli, güllə atıcılarımız üçün uğurlu alınıb.

Belə ki, snayperlərimizdən İradə Aşumova 25 m məsafəyə atəş açmada mövqeyini qorusa da (28-ci pillə), 10 m məsafəyə atəş açmada 2 pillə irəliləyib. O, 45-ci yerə yüksəlib. Ruslan Lunyov da heç bir rəqibini özündən irəli buraxmayıb. O, yenə 40cı (25 m) və 67-ci (10 m) pillədədir.

Onlardan fərqli, Olimpiya çempionumuz Zemfira Meftahətdinova bu dəfə daha 15 pillə geriləyib. O, 38-ci yerə enib.

Qeyd edək ki, digər atıcılarımız reytinq cədvəlində yer almayıblar.