Yeniyetmələrimiz birinci gündə uğursuzluqla üzləşdi
09.04.2013 - 00:20
Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın iki üzvü məhz ötən gün körpücük üzərinə çıxıb.
Hər iki atletimiz 50 kq çəki dərəcəsində mübarizə aparıb. Ruslan Rzazadə bu çəkidə C qrupunda, Məhəmməd Məmmədli isə B qrupunda yarışıb.
15 yaşlı Ruslan C qrupunda 3-cü pilləyə yiyələnib. O, birdən qaldırmada 77 kq, təkanla qaldırmada isə 93 kq-ın öhdəsindən gəlib. Rzazadənin toplam nəticəsi 170 kq olub.
16 yaşlı Məhəmməd isə B qrupunda 4-cü olub. O, birdən qaldırmada 75 kq, təkanla qaldırmada isə 96 kq çəkini başı üzərinə qaldırıb. Məmmədli toplamda 171 kq nəticə göstərib.
Ümumi sıralamada Rzazadə 18-ci, Məmmədli 15-ci yeri tutub.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0