Bekkenbauer püşkü “Bavariya” üçün xoşbəxt hesab etmir
12.04.2013 - 22:04
Əfsanəvi oyunçu və məşqçi, Almaniya futbolunun simvolu Frans Bekkenbauer Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gələcək olan “Bavariya” - “Barselona” qarşılaşması haqqında öz fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis bunu, Münhen klubu üçün xoşbəxt püşk hesab etmir.
Bekkenbauer hazırda “Bavariya”nın yaxşı formada olduğunu ifadə edib: “Tale bizə “Barselona”nı bağışladı. Bu, ən böyük çağırışdır. Hazırda “Bavariya” yaxşı formadadır. Həmçinin neçə oyundur qələbə qazanır. Bu da bizə ümid etməyə imkan verir ki, iki görüşün nəticəsindən sonra finala keçəcəyik. Yaşayaq və görək. Bu püşkü xoşbəxt hesab etmək olmaz. Bu, böyük idman çağırışıdır”.
Qeyd edək ki, “Bavariya” və “Barselona” arasında keçiriləcək ilk matç aprelin 23-də Münhendə, cavab oyunu isə mayın 1-də Barselonada baş tutacaq.

0
0