İntiqam Zairov Avropa çempionu oldu!
15.04.2013 - 08:38
Albaniyanın paytaxtı Tiranada kişi və qadınlar arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov (94 kq) çıxıb.
Birdənqaldırma hərəkətində hər 3 yanaşmanı uğurla yerinə yetirən idmançımız elə startdaca bütün rəqiblərini qabaqlayıb. Əvvəlcə 173, ardınca 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz vahid liderliyi ələ keçirib. Onun ən yaxın izləyicisi – Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticə olub.
Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçib. O, öncə 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini 9 kq qabaqlayıb. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazanıb. Beləliklə, İntiqam toplamda 396 kq (180 kq + 216 kq) nəticə göstərək, Avropa çempionu olub.
Qeyd edək ki, millimiz Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirib.

0
0