Millimiz Avropa ikincisidir!
15.04.2013 - 09:43
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatını 2-ci yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda 5 medal qazanan komandamız yalnız Rusiyadan geri qalıb.
Belə ki, yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız şimal qonşularımızdan başqa bütün rəqiblərini arxada qoyub. Rusiyalılar çempionatı 7 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Millimizin ən yaxın izləyicisi Ukraynanın isə 2 qızıl və 2 bürünc medala seviniblər.
Qeyd edək ki, atletlərimizdən Valentin Xristov (62 kq), İntiqam Zairov (94 kq) qızıl, Silviya Angelova (48 kq), Sərdar Həsənov (69 kq) gümüş və Zülfüqar Süleymanov (62 kq) bürünc medala yiyələnib.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0