“Dedilər ki, 8 ay pul almayacaqsan”
15.04.2013 - 12:33
Ağırlıqqaldırma üzrə Azərbaycan millisindən imtina edən Veliçko Çolakovun apasport.az saytına eksklüziv müsahibəsi
- Azərbaycandan ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Hazırda məşqlərimi davam etdirirəm. Hər şey normal olsa, Bolqarıstan millisinin heyətində mübarizə aparacağam. Bunu zaman göstərəcək.
- Karyeranızı bitirib, məşqçiliyə başlamaq barədə düşünmürsünüz?
- Hələ idmançı kimi çıxışımı davam etdirmək fikrindəyəm. Mənim mübarizə apardığım +105 kq çəki dərəcəsində 34-35 yaşa kimi çıxış edirlər.
- Sizin isə hələ 31 yaşınız var. Deməli, 4-5 il vaxtınız var...
- Elədir. Mən hələ uşağam (gülür). Daha bir Olimpiadada mübarizə apara bilərəm.
- Bəs Azərbaycandan getmək qərarını nə ilə əlaqələndirərdiniz?
- Əslində, mən getmək istəmirdim. Azərbaycan millisində çıxışımı davam etdirməyi çox arzulayırdım. Ağır Atletika Federasiyanızın prezidenti Cahangir Əsgərova “çox sağ ol” demək istəyirəm, bu insana minnətdaram. Azərbaycanda hər şey mənim üçün yaxşı idi. Sadəcə, kənarda qaldıq. Buna da kənar amillər təsir göstərdi.
- Bəlkə kənar amilləri açıqlayasınız...
- Olimpiadadan sonra Azərbaycan millisi Bolqarıstanda təlim-məşq toplanışında olanda yığmada idim. Baş məşqçi Zlatan Vanevlə federasiyanın icraçı-direktoru İsgəndər Əsgərov bildirmişdi ki, Tiranada Avropa çempionatında çıxış edəcəksən. Lakin dedilər ki, 8 ay pul almayacaqsan.
- Onda Azərbaycana qayıtmaq məsələsini tam bitmiş saymaq olarmı?
- Əgər Cahangir Əsgərov istəsə, qayıdacağam. Mən Azərbaycanı sevirəm. Orada yaşadığım 3 ildə hər şey yüksək səviyyədə olub, narazılıq edə bilmərəm. Sadəcə, Vanevlə Əsgərov mənim komandada olmağımı istəmirlər.
- Həmyerliniz olan Vanev saytımıza açıqlamasında bildirib ki, İvan Stoitsovla Veliçko Çolakovun idmançı karyerası sona çatmaq üzrədir. Komandaya isə 2016-cı il Olimpiya Oyunlarında medal uğrunda mübarizə aparacaq atletlər lazımdır...
- Dostum Vanevin niyə belə dediyini anlaya bilmirəm. Onun yaşla bağlı dedikləri fakt deyil. Dünya çempionatında çəkimdə ən güclü idmançı iranlıdır. Onunla mən favorit hesab olunuram. Yəni, medal qazana bilərəm. Ən azından ikinci olmaq gücündəyəm. Son Avropa çempionatında uğur qazanan ukraynalı atletin isə 34 yaşı var. Bir sözlə, yaşın ciddi fərqi yoxdur.
- Bolqarıstan millisinə də qayıtmağınız asan olmayacaq. Çünki artıq onlar sizin transfer pulunuzu ödəməlidirlər. Bolqarıstan Ağır Atletika Federasiyası buna razıdırmı?
- Mən düzünü deyirəm, Bolqarıstanda pul yoxdur! Ona görə də Azərbaycan Ağır Atletika Federasiyasına heç nə ödəməyəcəklər.
- Belə olan halda, karyeranıza növbəti dəfə fasilə verməli olacaqsız? Çünki artıq bir dəfə ölkənizdə dopinq-testdən keçə bilməmişdiniz...
- Qaydaya görə, milli komandanı dəyişdiyim üçün 1 il kənarda qalacam. Ancaq bu müddət Boyanka Kostovada 2 il olacaq. Çünki ondan fərqli, Azərbaycan millisinin heyətində mənimlə Stoitsov çıxış etməmişik.
- Yeri gəlmişkən, Kostova və Stoitsovla əlaqəniz varmı? Onların son qərarlarını dəyişmək ehtimalı varmı?
- Bu barədə nəsə deyə bilmərəm. Bunu özləri desə yaxşıdır. Onlara yaxın yerdə yaşayıram. Cəmi 40 km məsafə var.
- Tiranada Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı. Bunu necə qiymətləndirərdiz?
- Çox yaxşı nəticədir. Komanda uğurlu çıxış etdi. Mən idmançılarımızın hamısını təbrik edirəm.
- Necə düşünürsüz, siz yarışa yollansaydınız həmyerliniz Valentin Xristov kimi Avropa çempionu ola bilərdiniz?
- Bəli, ancaq heyəti baş məşqçi müəyyənləşdirir.

0
0