İsgəndər Əsgərov: Onun dediklərinin hamısı ağ yalandır
15.04.2013 - 12:48
“Onun dediklərinin hamısı ağ yalandır. Mənim bu məsələyə nə aidiyyatım var?” Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.
Federasiya rəsmisi Azərbaycan millisinin sabiq üzvü Veliçko Çolakovun (+105 kq) yığmamızdan gedişi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
O bildirib ki, milliləşdirilmiş legionerin komandaya cəlb edilməməyi məhz baş məşqçi Zlatan Vanevin qərarıdır: “Nə? 8 ayın məvacibini ödəməmək? Bu da düzgün deyil. Biz ona hətta Bakıya gəlmək üçün bilet də almışdıq. Lakin Çolakov gəlmək istəmədi. Bundan əlavə, onu baş məşqçi heyətdə görmək istəmirsə, İsgəndər Əsgərov neyləsin? Qərarı Vanev verir və heyəti də o, müəyyənləşdirir. İdmançı zəifdirsə, komandaya götürmək istəmir. Düzdür, hamısı deyir, Avropa çempionu olacam, Olimpiadada medal qazanacağam. Amma yekunda...”.
Qeyd edək ki, Çolakov saytımıza müsahibəsində Azərbaycan millisinə qayıtmaq istəsə də, sonda 8 aylıq məvacibinin verilməməyi səbəbindən fikrindən daşındığını deyib.

0
0