Millimizin rəqibi kompensasiya ödəməli olacaq
15.04.2013 - 18:17
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının yer aldığı F qrupunda kompensasiya məsələsi gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya Futbol Assosiasiyası Rusiya Futbol İttifaqına millilərin martın 22-də Belfastda keçirilməli olan oyununun baş tutmağına görə təzminat ödəməli olacaq.
Belə ki, ruslar həmin vaxt yığmanın Belfasta uçmağı və qalmağına görə çəkdikləri xərcləri aprelin sonuna kimi qarşı tərəfdən alacaq. Ancaq bu, FİFA-nın qaydalarına görə məbləğin 50 faizi olacaq.
Tərəflər FİFA nümayəndələrinin iştirakı ilə görüşdə razılıq əldə edib. Şimali irlandiyalılar rusların mövqeyinə hörmətlə yanaşıb və rəsmi sənədlər artıq FİFA-ya göndərilib.
Ancaq ruslara martın 18-dən 21-dək Londonda qısa müddətli təlim-məşq toplanışa görə kompensasiya verilməyəcək. Bu, Belfastdan Böyük Britaniya paytaxtına qayıtdıqdan orada keçiriləcək Braziliya yığması ilə yoldaşlıq görüşünə hazırlıq idi.
Qeyd edək ki, FİFA Şimali İrlandiya – Rusiya oyununu avqustun 14-ə təyin edib.

0
0