Azərbaycan – Avropa oyununu kim idarə edəcək?
19.04.2013 - 12:16
Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan və Avropanın veteran futbolçuları arasındakı beynəlxalq yoldaşlıq görüşündə komandaları meydana baş hakim qismində Rüstəm Rəhimov çıxaracaq. Bu haqda apasport.az saytına Rəhimovun özü məlumat verib.
O, saat 20:00-da “Bayıl Arena”da keçiriləcək matçın idarə etməyə hazır olduğunu bildirib. Ancaq oyunun təşkilatı işləri ilə məşğul olan Futbol Veteranlar İttifaqının vitse-prezidenti meydanda sona kimi olmağı məqsədəuyğun saymır: “Belə bir oyunun baş hakimi olmaq mənim üçün şərəf olardı. İlk hissəni idarə edib, fasilədən sonra yerimi özümdən yaşca kimi hakimlərimizdən birinə verərəm”.
SSRİ dövründə ümumittifaq dərəcəli hakim olan 66 yaşlı Rəhimovdan rəqibin baş məşqçisinin kim olacağını da soruşduq. Belə ki, İttifaqın prezidenti olan Oqtay Abdullayev yığmamızda oynayan məşqçi, Səməd Qurbanov baş məşqçi olacaq. Avropalılara rəhbərlik etməyin isə millimizin baş məşqçisi Berti Foqtsa tapşırılacağını gözlənilir: “O, artıq uzun müddətdir ölkəmizdə çalışır. Yəqin ki, rəqib yığmasının da başında olar. Düzdür, Foqtsun, köməkçisi Uli Ştaynın oynamağı nəzərdə tutulub. Bir də veteranların hər biri məşqçidir, onlara məşqçi lazım deyil ki...”.
Mehman SÜLEYMANOV

0
0