Azərbaycana uduzmadı, müqaviləsi uzadıldı
19.04.2013 - 16:03
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Lüksemburq yığmasının baş məşqçisi Lük Holtsun müqaviləsi uzadılıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən bu postda olan 44 yaşlı mütəxəssislə daha 2 illik anlaşma imzalanıb. Müqaviləsi bu ilin sonunda başa çatan Holts 2015-ci ilin dekabrına qədər vəzifəsində qalacaq.
Qeyd edək ki, martın 22-də Azərbaycan millisinə uduzmayan (0:0) lüksemburqlular növbəti seçmə oyununu da yığmamıza qarşı, bu dəfə Bakıda keçirəcək. Qarşılaşma iyunun 7-də baş tutacaq.
Qeyd edək ki, martın 22-də Azərbaycan millisinə uduzmayan (0:0) lüksemburqlular növbəti seçmə oyununu da yığmamıza qarşı, bu dəfə Bakıda keçirəcək. Qarşılaşma iyunun 7-də baş tutacaq.
0
0