Lider bu mövsüm 42 oyun keçirib
19.04.2013 - 21:40
Mövsümün əvvəlində ilk olaraq avrokuboklarda mübarizəyə qoşulan “Neftçi” qrup oyunlarına qədər seçmə mərhələdə 6 oyun keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsində də rəqibləri ilə 6 oyuna çıxmış “ağ-qaralar” təkcə avrokuboklarda bir mövsümdə 12 görüş keçirməklə rekorda imza atıb.
Bundan əlavə komanda Topaz Premyer Liqasında indiyə kimi 26 oyunda qüvvəsini sınayıb. Ölkə kubokunun yarımfinal mərhələsinə qədər isə Flaqman rəqibləri ilə 4 dəfə üz-üzə gəlib. Üstəlik paytaxt təmsilçisinin futbolçuları mövsüm ərzində mütəmadi olaraq milli komandaların heyətində meydana çıxıblar.
Üç cəbhədə mübarizə aparmaqla indiyə kimi ümumilikdə 42 oyun keçirən “Neftçi” daxili çempionatda ilk pillədə qərarlaşıb.
Avrokubokların seçmə mərhələsi – 6 oyun
Avropa Liqasının qrup mərhələsi – 6 oyun
Topaz Premyer Liqası – 26 oyun
Azərbaycan kuboku – 4 oyun
Qeyd edək ki, “Neftçi” mövsümün sonuna kimi oyun sayını 50-yə çatdıra bilər.

0
0