Valentin Xristov Peruya getdi
01.05.2013 - 15:49
Valentin Xristov Peruya getdi
Sabah Perunun paytaxtı Limada ağır atletika üzrə gənclər arasında dünya birinciliyi start götürəcək. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, mayın 11-dək davam edəcək yarışda Azərbaycan yığması 6 idmançı ilə təmsil olunacaq.

Komandamızın heyətinə Olimpiya mükafatçısı Valentin Xristovla (62 kq) yanaşı, Firidun Quliyev (69 kq), Nicat Rəhimov, Elxan Əliqulizadə (77 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) yer alıblar. Dünya birinciliyində Qadir Babayev isə Azərbaycanı hakim qismində təmsil edəcək.