Yığmamızda iranlı idmançı
06.05.2013 - 09:44
10-12 may günlərində Macarıstanın Seqed şəhərində avarçəkmənin kayak və kanoe növü üzrə dünya çempionatı keçiriləcək. Bu mundialda Azərbaycan yığması da iştirak edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmiz DÇ-2013-ə 6 idmançı ilə qatılacaq ki, bunların da arasında əslən iranlı olan Məhəmmədtahir Hüseynavşar da yer alıb.
Qeyd edək ki, İranın Kermanşah şəhərində anadan olan Məhəmmədtahir hazırda Almaniyanın Ahen şəhərində yaşayır bu mundialda Azərbaycan yığmasında debüt edəcək. Sözügedən kanoeçi ilə yanaşı, DÇ-də ölkəmizi Valentin Demyanenko, Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piquqin və Hikita Sablin təmsil edəcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0