UEFA Azərbaycan – Lüksemburq oyununun yerini dəyişdi
07.05.2013 - 14:25
UEFA Azərbaycan – Lüksemburq oyununun yerini dəyişdi
DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Lüksemburq matçının yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, iyunun 7-də baş tutacaq qarşılaşma 8-ci km stadionunda baş tutmalı idi.

Lakin UEFA-nın rəsmi saytı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşün paytaxtın başqa arenasında baş tutacağını iddia edir. Qitə futbol qurumu matçın “Dalğa Arena”da keçiriləcəyini göstərir.

Qeyd edək ki, AFFA oyunu 8-ci km stadionuna təyin etmişdi. Arena reklam xarakteri ilə adını dəyişdiyindən UEFA həmin yeni adı qəbul etmir. Lakin belə hallarda da qurumun rəsmi saytı 8-ci km stadionunu göstərməli idi.