DÇ-2019 Bakıya həvalə olundu
11.05.2013 - 10:48
DÇ-2019 Bakıya həvalə olundu
Bədii gimnastika üzrə 2019-cu ildə dünya çempionatı Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu bərədə qərar Liverpulda baş tutan Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının iclasında verilib. Sayca 37-ci olacaq mundial Olimpiada-2020-yə lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, Azərbaycan 2005-ci ildə də dünya çempionatına ev sahibliyi edib.