Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə açıq Avropa çempionatının ilk günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 11 cüdoçusu tatamı üzərinə çıxıb.
Onlardan doqquzu yarışı uğursuz başa vurub. Yalnız 60 kq çəkidəki təmsilçilərimiz finalda bir-birinə rəqib olaraq yığmanın aktivinə bir qızıl və bir gümüş yazdırıb.
Kişilər
60 kq
Təmsilçilərimiz Samir Piriyev və Turan Bayramovun yolları finalda kəsişib. Sonuncu həlledici görüşədək Ali Handan (Bosniya və Herseqovina), David Ferqyuson (Böyük Britaniya) və Coşua Ketsə (Avstraliya) qalib gəlib. Samir isə Ali Bozkurt (Türkiyə), Rodriqo Kosta Lopes (Portuqaliya), Tibo Voleman (Niderland) və David Starkeli (Sloveniya) məğlub edib. Həlledici qarşılaşmada Turan komanda yoldaşını üstələyib.
66 kq
Ruslan Paşayev Viktor Van Qerven (Niderland) və Natan Ketsə (Avstraliya) qalib gəlsə də, Ejder Toktaya (Türkiyə) uduzub. Təsəlliverici görüşdə Karlos Qomes Sotilyo (İspaniya) üzərində qələbə qazanan idmançımız bürünc döyüşündə Robin Korradoya (Fransa) məğlub olub.
Vaqif Tarverdiyev isə ilk qarşılaşmada ukraynalı Anton Şuxaleyev qarşısında aciz qalıb.
73 kq
Stoyan Bandureviçə (Bosniya və Herseqovina) qaıib gələn Məmmədrza Hacızadə monteneqrolu Petar Klikoviçlə bacarmayıb.
İlk görüşdə uduzan Qədir Hüseynovun yolunu bolqarıstanlı Yavor Mixaylov kəsib.
Qadınlar
48 kq
Hər iki idmançımız ilk qarşılaşmada məğlub olub. Ramilə Əliyeva fransalı Sefora Qorçerə, Könül Əliyeva türkiyəli Merve Azaka yenilib.
52 kq
Hər iki cüdoçumuz türkiyəli rəqibinə uduzub. Ülviyyə Bayramova Buketnur Karabuluta, Zeynəb Məmmədova Yaren Kömürcüyə məğlub olub.
63 kq
Aytac Qardaşxanlı Sarayevonu bir qələbə ilə tərk edib. Yoana Malovaya (Bolqarıstan) qalib gələn təmsilçimiz portuqaliyalı Vilsa Qomesə uduzub.
Qeyd edək ki, sabah Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (hər üçü 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi 100 kq), Günel Həsənli (70 kq) tatamı üzərinə çıxacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar