İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, 41 ölkənin qatıldığı yarışın üçüncü günü Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.
Onlardan Maqsud Xasmetov (56 kq) döyüşünü qələbə ilə başa vurub. Boksçumuz 1/8 finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Xasmetovdan fərqli, Əli Zamanov (52 kq), Cəlal Qurbanov (60 kq), Sərxan Əliyev (69 kq) və Murad Allahverdiyev (81 kq) məğlub olaraq, yarışla vidalaşıblar.
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) yarışın ikinci günü 1/4 finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək