Fransa yığmasını təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarından diskvalifikasiya edilib.
Apasport.az saytının məlumatına görə, buna səbəb +91 kq çəki dərəcəsində mübarizə aparan idmançının 1/4 finalda böyük britaniyalı rəqibi Freyzer Klarkı başla vurması olub.
Hakim Əliyevin baş zərbəsi nəticəsində Klarkın qaşının açıldığını elan edib. Bu üzdən referi Fransa təmsilçisini diskvalifikasiya edib. Qərara etirazını sərt şəkildə bildirən Murad Əliyev rinqdən çıxmaqdan imtina edib və qeyri-etik hərəkətlərə və təhqiramiz ifadələrə yol verib. Bu hərəkətinə görə, boksçu ciddi sanksiya ilə üzləşə bilər.
Qeyd edək ki, +91 kq dərəcəsində Azərbaycanı təmsil edən Məhəmməd Abdullayev 1/8 finalda məğlub olaraq, mübarizəni dayandırıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar