Azərbaycanlı atlet Ramil Quliyev 2020-ci ildə ilk yarışına çıxıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz çıxışını qələbə ilə başa vurub.
Dünya çempionu Avstriyada keçirilən turnirdə bütün rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. O, 100 m məsafəyə qaçışda təsnifat mərhələsini 10,46, final mərhələsini isə 10,31 saniyəyə dəf edib. Quliyev 200 m məsafəyə qaçışda isə mübarizəyə qoşulmayıb. Buna onun zədəsinin özünü göstərməsi və risk etməməsi səbəb olub.
Bu nəticə atleti Türkiyədə də birinci yerə yüksəldib. Onadək 2020-ci ildə 100 m məsafəyə qaçışda ən yaxşı göstərici Jak Ali Harveyə (10,33 san) məxsus olub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək