Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Apasport.az saytının məlumatına görə, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Cüdoçularımız Avropa birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb.
Daha iki cüdoçumuz - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, cüdoçumuz İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edərək Riqada üçrəngli bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirib.
Nüfuzlu yarışda qitənin 37 ölkəsindən olan idmançılar mübarizə aparırlar. Milli komandamız Avropa birinciliyində 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunur.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək