3 yaş qrupunda ən güclü taekvondoçular bəlli olacaq
28.04.2022 - 17:04
Mayın 9-10-da taekvondo üzrə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Bakı açıq birinciliyi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda uşaqlar, yeniyetmələr və gənclər mübarizə aparacaqlar.
Reqlamentə əsasən hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda 350-dək idmançının iştirakı gözlənilir.
Qeyd edək ki, birincilik Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0