Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə start verilib.
Apasport.az saytının məlumatına görə, 28 ölkədən 378 idmançının qatıldığı və 10 gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü mübarizəyə başlayıb.
60 kq çəkidə gücünü yoxlayan Kənan Aslanlı debüt qarşılaşmasında macarıstanlı Roland Banqonu sınağa çəkib. Təmsilçimiz ilkin mərhələdə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb.
Nicat İmanovun (66 kq) da ilk döyüşü uğurlu alınıb. O, Yurac Tutundziçi (Xorvatiya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı məğlub edib.
Əli Məmişov (70 kq) Avropa birinciliyinə Orestas Staponkusla (Litva) qarşılaşma ilə başlayıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə sayəsində mərhələ adlayıb.
Əmir Abasov (80 kq) isə Artyom Bedjunovu (Estoniya) mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib - 5:0 (30:26, 30:26, 30:26, 20:27, 30:26).
İlk gündə rinqə çıxan Ömər Quluzadə (75 kq) Kolin Lottnerlə (Almaniya), Məhəmməd Cəfərov (90 kq) Emils Salmsla (Latviya) döyüşüb. Görüş rəqiblərin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa birinciliyinə 22 boksçu ilə yollanıb.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb