Aprelin 13-də stolüstü tennis üzrə növbəti Azərbaycan birinciliyinə start veriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışlar şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.
“Şüa” İdman-Sağlamlıq Kompleksində 4 gün davam edəcək ölkə birinciliyinə aprelin 16-da yekun vurulacaq. Yarışın keçirilməsində əsas məqsəd, stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.
Qeyd edək ki, fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar