İngiltərə polisi AVRO-2020-nin finalında İtaliyaya məğlubiyyətdən sonra milli komandanın futbolçularına qarşı irqçi təhqirlərə yol verən 4 nəfəri həbs edib.
Apasport.az saytı xəbər verir ki, həmin azarkeşlərlə bağlı təhqiramiz ifadələr işlətdikləri üçün iş açılıb.
Hətta bunun üzərində çalışması üçün xüsusi müstəntiq qrupu ayrılıb. Böyük Britaniyanın baş naziri Boris Conson da saxlanılan şəxsləri davranışlarına görə qınayıb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan final görüşündə penaltilər seriyasında məğlub olan İngiltərə yığmasında Markus Reşford, Bukayo Saka və Ceydon Sanço sosial mediada irqçi təhqirlərə məruz qalıb. Ümumilikdə turnir ərzində sosial şəbəkədən ingilislərə 12 min 500 nalayiq mesaj ünvanlanıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək