Bakıda keçiriləcək dünya çempionatına qatılacaq yığmaların sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası yarışın startına 51 gün qalmış 55 ölkənin iştirakını təsdiqləyib.
Bu ölkələr ümumilikdə 279 cüdoçu sifariş edib. Onlardan 179-u kişi, 100-ü qadındı.
Maraqlıdı ki, Azərbaycan millisi də daxil olmaqla, liderlər hələlik gözləmə mövqeyindədi. 55 yığmadan Bakıya ən geniş heyətlə Braziliya və ABŞ gələcək. Bu komandalar 18 idmançı sifariş ediblər. Bu da mundial ərəfəsində zədələrin olması və komandalararası yarışın olması ilə bağlıdı.
Qeyd edək ki, sentyabrın 20-də start götürəcək dünya çempionatı 1 həftə davam edəcək.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ