AVRO-2020-nin III turunun Slovakiya – İspaniya matçında turnirin avtoqol rekordu təkrarlanıb.
Apasport.az saytının məlumatına görə, 0:5 hesabı ilə uduzan slovakiyalılar bir oyunda iki dəfə öz qapısına qol vurub.
Onlar turnirin ikinci turunun Almaniya görüşündə (2:4) eyni uğursuzluq yaşayan Portuqaliyanın taleyini yaşayıb. Slovakiyada qapıçı Martin Dubravka və sahə oyunçusu Yuray Kuçka qapıları səhv salıb. Portuqaliyada isə Ruben Diaşla Rafael Qerrero xətaya yol verib.
Ümumi avtoqol sayı isə 8-ə çatıb. 1960-cı ildən keçirilən Avropa çempionatlarında bunadək 9 avtoqol olmuşdusa, bu turnirin arxada qalan hissəsində 8 belə hadisə yaşanıb.
Portuqaliya və Slovakiyanın “dubl”unan başqa türkiyəli Merih Demiral İtaliya (0:3), almaniyalı Mats Hummels Fransa (0:1), polşalı Voytseh Şensnı Slovakiya (1:2), finlandiyalı Lukaş Qradeçki Belçika (0:2) ilə qarşılaşmada öz qapısına qol vurub.
Qeyd edək ki, bu avtoqollardan üçü qapıçıların payına düşür. Şensnı və Qradeçkidən sonra Dubravka da onlara qoşulub.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib