Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 9 üzvü ili ilk "3-lük"də başa vurub.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəkilərində reytinqi 1-ci yerdə tamamlayıblar.
Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Arif Niftullayev (97 kq) isə 44620 xalla 3-cü olub.
Qadın güləşində Elis Manolova (65 kq) 46400 xalla 2-ci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq) 45500 və Maqomedxan Maqomedov (97 kq) 47520 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, bu xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən güləşçilərə verilir.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO